Xəbər lenti

Bu ölkələr Çinə görə ayağa qaxdı
Dünya16:32 18.04.2016

Bu ölkələr Çinə görə ayağa qaxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rəsmi Pekinin Cənubi Çin dənizində yaratdığı Spratli süni adalarına hərbi təyyarə yerləşdirməsi ABŞ, Filippin və Vyetnam tərəfindən ciddi narahatlıqla qarşılanıb.
Çin xəstə işçilərin təxliyəsi üçün hərbi təyyarənin adalara endirildiyini bildirsə də, rəsmi Vaşinqton bu məlumatı əsassız hesab edib.
ABŞ Müdafiə naziri Eşton Karter bunun adi bir hadisə olmadığını vurğulayıb.
O, Çinin süni adalara silah-sursat yerləşdirdiyini və uçuş zolağını hərbi məqsədlə istifadə etdiyini bildirib.
Qeyd edək ki, Çin, ABŞ, Vyetnam və Filippin arasında mübahisəli ərazi olan Cənubi Çin dənizində rəsmi Pekin 2014-cü ildə süni Spratli adaları yaratmağa başlayıb.
Çin əvvəllər adaların hərbi məqsədlər üçün istifadə etməyəcəyini dəfələrlə açıqlamışdı.(axar.az)
Qaynarinfo.az