Xəbər lenti

Bu ölkələrdə niqab qadağan olunub
Dünya06:19 02.08.2019

Bu ölkələrdə niqab qadağan olunub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hollandiyada bu ayın 1-dən etibarən ictimai yerlərdə niqab taxılması rəsmi şəkildə qadağan olunub.
Qaynarinfo xəbər verir ki, avqust ayının 1-dən etibarən məktəblərdə, xəstəxanalarda, dövlət müəssisələrində və ictimai nəqliyyatda niqab kimi üzü tamamilə bağlayan geyimlər qadağan edilib. 
Qadağaya əməl etmək istəməyənlər isə qadağan olunmuş yerlərə buraxılmayacaq və 150 avro məbləğində cərimələnəcəklər. 
Qeyd edək ki, niqab Belçika, Danimarka və Avstriya kimi ölkələrdə də qadağandır.
Nərmin Həsənli