Xəbər lenti

Bu ölkənin bütün nazirləri istefa verdi
Dünya19:19 03.04.2022

Bu ölkənin bütün nazirləri istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şri-Lanka hökumətinin bütün nazirləri ölkədə genişmiqyaslı etirazlar fonunda istefa vermək qərarına gəlib.
APA xəbər verir ki, bu barədə "Ada Derana” portalı parlament rəhbəri Dineş Qunavardenaya istinadən məlumat yayıb.
Bildirilir ki, nazirlər artıq istefalarını Baş nazir Mahinda Rajapaksa təqdim ediblər.
Yekun qərar Mahinda Rajapaks prezident Qotabay Rajapaksa ilə müzakirəsindən sonra veriləcək.
Bununla yanaşı, portalın mənbələri ölkənin baş nazirinin istefa vermək niyyətin də olduğu məlumatını təkzib ediblər.
Xatırladaq ki, Şri-Lanka prezidenti etirazlar fonunda ölkədə fövqəladə vəziyyət elan edib. Hakimiyyət ada ölkəsində komendant saatı tətbiq edib və bütün sosial şəbəkələrə girişi məhdudlaşdırıb.