Xəbər lenti

Bu ölkənin Baş qərargah rəisi koronavirusa yoluxdu
Dünya09:36 27.03.2020

Bu ölkənin Baş qərargah rəisi koronavirusa yoluxdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Filippin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Felimon Santos koronavirusa yoluxub. 
Qaynarinfo xəbər verir ki, bu barədə CNN Philippines ölkənin silahlı qüvvələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, martın 27-də Santosda koronavirus testinin müsbət nəticəsi aşkar edilib. O, özünü yaxşı hiss edir və vəzifəsinin başındadır. Baş verənlər fonunda, ölkənin müdafiə nazirliyinin rəhbəri Dolfin Lorenzana və Turizm naziri Bernadette Romulo-Puyat isə özlərini təcrid etməklə bağlı qərar verdiklərini elan ediblər.
Qeyd edək ki, Filippində 707 nəfər koronavirusa yoluxub, 48 xəstə vəfat edib.