Paraqvay prezidenti Orasio Kortes vəzifəsindən istefa verib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb.
"Mən Paraqvay Respublikasının prezidenti vəzifəsindən istefa edirəm. Ölkəmə xidmət etməyi senatda davam edəcəm" - deyə prezident bildirib.
Qeyd edək ki, Kortes 2013-ci ildən indiyədək Paraqvayın prezidenti olub.
1 / 2