
Venesuelada 900 min əsgərin və mülki vətəndaşların iştirakı ilə hərbi təlim təşkil edilib.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, təlimlərdə əsgərlər sadə vətəndaşlara silah istifadə etməyi öyrədir.
Təlimlərə fərqli yaş qruplarından olan insanlar, uşaqlar, qocalar qatılıb.
İki gün davam edəcək təlimlərin açılışı müdafiə naziri Vladimir Padrino tərəfindən edilib. Lopez açıqlamasında bildirib ki, təlimlər Vaşinqtona cavabdır və silahlı qüvvələr Venesuela hökümətinin yanındadır.
Qeyd edək ki, bu ilin mart ayından Venesuelada etiraz aksiyaları başlayıb və insanlar işsizliyə, aclığa, iqtisadi böhrana görə hazırki höküməti günahlandırır. Bu günə qədər nümayişlərdə 125 nəfər dünyasını dəyişib. ABŞ isə Venesuela prezidenti Nikolas Maduronu buna görə günahlandıraraq diktator adlandırır. Hətta bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp bu ölkəyə hərbi müdaxiləyə hazır olduqlarını demişdi. Son olaraq isə Venesuelaya iqtisadi sanksiyalar tətbiq edilib.
Gülşən
Qaynarinfo.Az












