Xəbər lenti

Bu maska ilə qara nöqtələrə vida edin
Dünya13:23 18.03.2016

Bu maska ilə qara nöqtələrə vida edin

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Üzdəki qara nöqtələrin qarşısını almaq, daha təmiz və parlaq bir cildə sahib olmaq istəyirsinizsə, asan və yüksək effektli maskadan faydalana bilərsiniz. Bu maskanı həftədə iki dəfə tətbiq edə bilərsiniz.

Tərkibi:

2 x/qaşığı yulaf yarması

1 ç/qaşığı soda

1 x/qaşığı limon suyu

0.5 ç/qaşığı kefir və ya süd

Hazırlanması və tətbiqi: Bütün ərzaqları qarışdırın. Maskaya kefirin əlavə edilməsində məqsəd, maskanın krem  halına gələrək, üzə daha rahat yayılmasıdır. Hazır maskanı üzünüzə masaj hərəkətləri ilə yayın. 10 dəqiqə gözlətdikdən sonra ilıq su ilə durulayın. Gündəlik istifadə etdiyiniz nəmləndiricini çəkməyi unutmayın.//qadinklubu

Qaynar.info