BBC-nin rəsmi internet saytında yerləşdirdiyi vakansiyanın tələbləri hər kəsi təəccübləndirib
Dünyanın ən məşhur media şirkəti əlil aparıcı axtarır.
ANS PRESS-in məlumatına görə, Britaniya media şirkəti BBC rəsmi internet saytında hava proqnozu aparıcısı vakansiyası yerləşdirib.
Elanda bildirilir ki, yalnız fiziki məhdudiyyətli namizədlərin müraciətləri dəyərləndiriləcək. Bununla yanaşı ixtisas üzrə təhsil də tələb olunmur.
Namizədin meteoroloq təhsilinin tələb olunmaması isə ictimaiyyətdə çaşqınlıq yaradıb. Çünki hazırda hava proqnozunu aparanlar ya Meteobüroda oxuyublar, ya da Kral hərbi-dəniz donanmasında proqnozçu işləyiblər.
Qaynar.info