Xəbər lenti

Bu milyarderin mobil telefonu yoxdur
Dünya04:13 07.06.2014

Bu milyarderin mobil telefonu yoxdur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyanın ən böyük investisiya şirkətlərindən olan “PIMCO”-nun (Pacific Invesment Management) təsisçisi Bill Qross qeyri-adi etirafla mətbuatın gündəminə gəlib.

ANS PRESS-in xəbərinə görə, 2.3 milyard dollarlıq sərvəti ilə “Forbes”in milyarderlər siyahısında 799-cu sırada qərarlaşan Qross mobil telefonu olmadığını açıqlayıb.

Yeniliklərə açıq bir insan olmadığını etiraf edən biznesmen iş xaricində olan vaxtını ailəsinə ayırdığını, telefonla oynamağa vaxtı olmadığını deyib.

Qross həmçinin yeni nəslin nümayəndələrini smart cihazlara çox vaxt ayırdığı üçün də tənqid etdi.

Qeyd edək ki, Bill Qross dünyanın ən nüfuzlu şəxsləri siyahısında 55-ci sıradadır.

Qaynar.info