
İngiltərədə yaşayan iş adamı Afzal Xanın "Bugatti Veyron"avtomobilinə məxsus "F1" dövlət nömrə nişanını satmaq üçün rekord təklif alıb.
Qaynar.info xəbər verir ki, ancaq iş adamı 2008-ci ildə 440 min sterlinqə aldığı nömrə üçün edilən 6 milyonluq təklifi rədd edib.
Afzal Xanın şirkətinin rəsmisi bu nömrəni Xanın sevdiyini deyib: "Bu Xanın ən sevdiyi nömrədir. Buna görə satılması gündəmdə deyil. Ən əsası bu nömrənin qiyməti çox yüksəkdir".
Təklifin kim tərəfindən gəldiyi isə məlum deyil.
Qeyd edək ki, "Bugatti Veyron"dakı nömrə Formula1-in qısaldılmış formasıdır.
Qaynar.info