ABŞ-ın istefada olan polkovniki Daniel Davis hesab edir ki, NATO-nun Ukrayna üçün hər hansı təhlükəsizlik zəmanəti Rusiya Federasiyası ilə Qərb ölkələri arasında münaqişənin kəskinləşməsinə gətirib çıxara, həm də nüvə müharibəsinə səbəb ola bilər.
Qaynarinfo xəbər verir ki, Devis bu barədə 19fortyfive portalında
bildirib.
O hesab edir ki, Ukraynanı Şimali Atlantika Alyansının məsuliyyət zonasına cəlb etmək cəhdləri fəlakətli nəticələrə səbəb ola bilər: "Ukraynanın ABŞ və ya NATO-nun nüvə silahına malik olan Rusiya ilə açıq münaqişəyə hazır olacağına dair güclü təminatları ABŞ-ın təhlükəsizliyinin gələcəyini əsassız yüksək və lazımsız riskə məruz qoyur".
Aydın