Xəbər lenti

Bu ölkədə fonoqram oxumaq qadağan edildi
Dünya18:35 04.01.2023

Bu ölkədə fonoqram oxumaq qadağan edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qırğızıstanda 2023-cü ildən müğənnilərə ictimai tədbirlərdə fonoqram oxumaq qadağan olunub.
Bununla bağlı ölkənin mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov əmr imzalayıb.
Əmrə əsasən, müğənnilərə teatr, muzey, kinoteatr, klub, kitabxana və idman müəssisələrinin ərazilərində fonoqram mahnı oxumaq qadağan edilib.
Məlumata görə, qayda pozuntusuna görə məsuliyyəti tədbiri təşkil edən məkanın rəhbərliyi daşıyacaq.