Xəbər lenti

Bu ölkədə maska tələbinin ləğvindən sonra yoluxanların sayı azaldı
Dünya05:41 04.05.2022

Bu ölkədə maska tələbinin ləğvindən sonra yoluxanların sayı azaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cənubi Koreyada maska tələbinin ləğvindən sonra koronavirusa yeni yoluxanların sayı 50000-dən aşağı düşüb.
Qaynarinfo "Yonhap" agentliyinə istinadla xəbər verir ki, Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyinin (KDCA) məlumatına görə, ölkədə 29-u xaricdən daxil olmaqla 49,064 yeni COVID-19 infeksiyası qeydə alınıb və ümumi yoluxanların sayı 17 395,791-ə çatıb.
Mart ayının 17-dən gündəlik yoluxma hallarında azalma müşahidə olunub.
Qeyd olunur ki, ölkə çərşənbə günü 72 ölüm faktı qeydə alınıb. Ölənlərin ümumi sayı 23,079-a çatıb. Bununla da ölüm nisbəti 0,13 faiz təşkil edib.
Xəyal Abdullayev