Xəbər lenti

Bu ölkədə naməlum xəstəlik sürətlə yayılır
Dünya04:59 17.07.2023

Bu ölkədə naməlum xəstəlik sürətlə yayılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misir Səhiyyə Nazirliyi Qahirənin cənubunda yerləşən Qena əyalətinin Əl-Əlikə kəndinin bir qrup sakinində naməlum xəstəliyin əlamətlərinin aşkarlandığını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilib.
Səhiyyə Nazirliyi virusa yoluxanların yüksək hərarət, qusma, sümük ağrıları və başgicəllənmədən şikayət etdiyini vurğulayıb. Bildirilib ki, şikayətlərin öyrənilməsi üçün əraziyə profilaktik və tibbi yardım göstərilməsi üzrə mütəxəssis qrupları göndərilib, xəstələr artıq müayinədən keçirilib.
Nəşr əlavə edib ki, belə halların heç biri xəstəxanaya yerləşdirmə tələb etmir. Qəsəbəyə mütəxəssislərin olduğu 50-yə yaxın avtomobil göndərilib, ərazidəki içməli sudan nümunələr götürülüb.
Qeyd olunur ki, minə yaxın kənd sakini naməlum xəstəliyin əlamətlərindən şikayət edir.
Aydın