Xəbər lenti

Bu ölkədə razılıq olmadan əlin öpülməsi seksual zorakılıq sayılacaq
Dünya 20:11 31.03.2026

Bu ölkədə razılıq olmadan əlin öpülməsi seksual zorakılıq sayılacaq

İspaniyada məhkəmə razılıq olmadan əlin öpülməsini seksual zorakılıq aktı kimi qiymətləndirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Məhkəmə 2023-cü ildə Madrid ətrafında avtobus dayanacağında bir qadının əlini icazəsiz öpən və daha sonra ona pul qarşılığında onunla getməyi işarə ilə təklif edən kişinin hökmünü təsdiqləyib.

Müdafiə tərəfi hadisənin sadə küçə narahatçılığı olduğunu iddia etsə də, məhkəmə bu arqumenti qəbul etməyib. Qərarda qeyd olunur ki, seksual xarakterli istənilən fiziki təmas razılıq olmadan baş verərsə, bu, inzibati pozuntu çərçivəsindən kənara çıxır.

Məhkəmə vurğulayıb ki, kişinin davranışı qadının seksual toxunulmazlığını pozmaq məqsədi daşıyıb. Qərarda həmçinin belə hərəkətlərin şəxsi toxunulmazlığa müdaxilə olduğu və insanı obyektə endirdiyi qeyd edilib.

Nəticədə əvvəlki hökm qüvvədə saxlanılıb və kişiyə 1700 dollar məbləğində cərimə tətbiq olunub.

Aydın

--> -->