Xəbər lenti

Bu ölkələr öz vətəndaşlarına çağırış etdi - Rusiyaya getməyin
Dünya12:35 24.06.2023

Bu ölkələr öz vətəndaşlarına çağırış etdi - Rusiyaya getməyin

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qırğızıstan, Özbəkistan, Tacikistan, Qazaxıstan səfirlikləri həmvətənlərinə Rusiyanın Ukrayna ilə həmsərhəd bölgələrinə getməməyi tövsiyə edib. Diplomatik departamentlərin saytları xəbər verir ki, Moldova Xarici İşlər Nazirliyi də eyni tövsiyə ilə çıxış edib.
Qaynarinfo xəbər verir ki, mətndə artıq Rusiya ilə sərhəd ərazilərində olan adıçəkilən ölkələrin vətəndaşlarına oraları tərk etmək xahişi yer alıb. Həmçinin Rusiyada qalan həmvətənlər kütləvi toplaşmalarından çəkinməyə çağırılıb.
Xatırladaq ki, daha əvvəl Moskvada, Moskva və Voronej vilayətlərində Terrorizmə Qarşı Əməliyyat (KTO) rejimi tətbiq edilib. Rusiyanın bir sıra regionlarında, o cümlədən Rostov, Lipetsk, Bryansk vilayətlərində təhlükəsizlik tədbirləri gücləndirilib, kütləvi tədbirlər ləğv edilib.
Alpər