Bazar günü, fevralın 4-də Namibiya prezidenti Haqe Qotfrid Qeynqob 82 yaşında vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə prezident səlahiyyətlərini icra edən Nanqolo Mbumba "Facebook" səhifəsində məlumat verib.
"Dərin kədər və təəssüf hissi ilə bildirirəm ki, bu gün, 4 fevral 2024-cü il bazar günü, təxminən saat 00:04-də müalicə aldığı Ladi Pohamba Xəstəxanasında Namibiya Respublikasının prezidenti, hörmətli doktor Haqe Qotfrid Qeynqob əbədiyyətə qovuşdu”, deyə məlumatda bildirilir.
Haqe Qotfrid Qeynqob 2015-ci ildən ölkənin prezidenti olan Namibiya siyasətçisidir. O, 1941-ci il avqustun 3-də anadan olub, Namibiya milli azadlıq mübarizəsində fəal iştirak edib. Bundan əlavə, Haqe Qotfrid Qeynqob iki dəfə Namibiyanın baş naziri olub.
Alpər