
Qaynar.info antivirus və kompyuter proqramları istehsalçısı "McAfee"yə istinadən xəbər verir ki, Lili Kollins internetdə şəxsi məlumatları ələ keçirmək istəyən saytlar tərəfindən ən çox istifadə olunan ad olub. Ötən il isə aktrisa Emma Uatson bu siyahıya başçılıq edirdi.
"Huffington Post" qəzeti də şəxsi məlumatlaşrı oğurlamaq üçün ən çox qadın adlarından istifadə edildiyini yazıb. Adı ən çox istifadə olunan 10 məşhur arasında sadəcə 1 kişi var.
Siyahıda həmçinin, Avril Lavinye, Sandra Ballok, Keti Qrifin və Zoe Saldana adları yer alır.
Qaynar.info