ABŞ-ın Vaşinqton ştatının Terston qəsəbəsində əhalinin ödəmə qabiliyyətinin yaxşılaşdırılması məqsədilə taxta pul tədavülə buraxılıb.
Qaynarinfo xəbər verir ki, üzərində 25 dollar yazılan əskinaslarla əhali qəsəbə daxilində alış-veriş edə, lazımi ehtiyaclarını qarşılaya bilər. Pulu hazırlayan Cənubi Terston Tarix Cəmiyyətinin rəhbəri Loren Akerman bildirib ki, bu ilk dəfə 1931-ci ildə hazırlanıb:
"Həmin vaxt qəsəbənin banklarında nəğd pul bitib və böyük böhran baş verib. Qəsəbə əhalisinin ödəniş qabiliyyətini qoruyub saxlamaq üçün də taxta pul tədavülə buraxılıb. Hələ də taxta üzərindəki basqıları 1931-ci ildə istifadə edilən maşında edirik. Şəhərə 10 min dollar verilməsi nəzərdə tutulub. Bu, hər ailə üçün 300 dollar deməkdir. 400 ədəd 25-lik taxta əskinas hazırlamışam. Və bunlar ailələrə paylanılacaq. İnsanlar bu puldan istifdə etməklə kommunal xərclərini ödəyə, marketdən alış-veriş edə, yaxud da yanacaq ala bilərlər", - deyə o bildirib.
Camal
<iframe width="853" height="480" src="https://www.youtube.com/embed/2-CQmZ6sOyk" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">