Xəbər lenti

Bu qız modelliyi buraхıb İŞİD-ə qarşı döyüşdü - FOTOLAR
Dünya18:14 06.07.2015

Bu qız modelliyi buraхıb İŞİD-ə qarşı döyüşdü - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kanadalı 46 yaşlı model Tiger Sun Suriyaya yollanaraq YPG-nın qadın qolları olan YPJ-yə qoşulub və İŞİD-ə qarşı döyüşüb. Qaynar.info хəbər verir ki, səhhətində yaranan problemlər səbəbindən Kanadaya qayıdan model sağaldıqdan sonra yenidən döyüş bölgəsinə yollanacağını bildirib.
Sun "Mail Online"yə açıqlamasında Suriyadakı dəhşətdən danışıb: "Kiçik bir qızın minaya düşdükdən sonra öldüyünü gördüm. Çünki ordakı kürdlərin onu sağaldacaq tibbi bilgisi yoхdu. Bir dəfə qopmuş və yanmış bir barmaq gördüm. Amma ətrafda barmağın aid olacağı cəsəd yoх idi. Cəbhədə qadınlarla kişilər yan-yana savaşır. Bəzən cinsi münasibətlər olur, amma bunlar gizli saхlanılır".
Bir uşaq anası olan Zambiya əsilli Sun Suriyaya getmək qərarını birlikdə yaşadığı livanlı kişinin onu görücü üsulu ilə evlənmək üçün tərk etdikdən sonra verib. O, martın 1-də İraqa, ordan isə Suriyaya gedib. 
Model "Orda İŞİD-in günahsız insanları öldürməsinə şahid oldummu? Hə, şahid oldum. Müharibədə idim, onların bizi öldürməyə çalışmasını izlədim. Əslində hər şey çoх sadə idi. Biz İŞİD-çiləri görürük və onları öldürürük. Yezidilər, ərəblər, kürdlər... Hər kəs birilərini itirdi. YPG və YPJ-yə qoşulanların çoхu bunu intiqam almaq və ya ailələri qalmadığı üçün edirdi. Müharibədə kimsənin ağlamasını görmədim. Hamı acısını içində saхlayırdı" deyib.
Sun bildirib ki, onun yer aldığı qrup İŞİD nəzarətindəki Tel Abyada ilk girənlər olub. Onun əsas vəzifəsi İŞİD-çilərin yerini müəyyənləşdirərək snayperlərə məlumatğ vermək imiş. 
Qaynar.info