Xəbər lenti

Bu restoranda ofisiantlar “uçur”
Dünya16:00 10.02.2015

Bu restoranda ofisiantlar “uçur”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sinqapurda yerləşən “Timbre” adlı restoran və bar şəbəkəsi, yeməklər və içkilərin daşınması üçün uçan robotlar istifadə etməyə hazırlaşır.

Bu iaşə sektorunda ilk dəfə rəsmi olaraq robotlardan istifadə anlamına gələcək. Sinqapurda beş müxtəlif  restorana malik olan şirkətinin İcraçı Direktoru Edvard Chia, bu yolla xidmət sektorunda səmərəliliyi artırmağı planlaşdırdıqlarını deyib.

OFİSİANTLARIN YERİNƏ KEÇMƏYƏCƏK

Chia, robotların ofisiantların yerinə keçməyəcəyini, sadəcə onların işlərini asanlaşdıracağını bildirib. Chia, “İnsan gücünün çatmadığı zamanlarda, əlimiz qolumuz bağlanır. Biz burada robotlarla insanların yerini dəyişdirməyəcəyik, sadəcə, onların daha yaxşı xidmət göstərmələri üçün imkan  yaradacağıq” deyib.

2 KİLOYA QƏDƏR DAŞIYA BİLİR

Avtomatik pult ilə idarə olunan robotlar, iki kiloya qədər yemək, ya da içkiləri daşıya bilir. Robotlar birbaşa yeməkləri müştərilərin masalarına deyil, ofisiantların ala biləcəkləri bir nöqtəyə qədər daşıyacaq, yəni xidməti yenə ofisiantlar göstərəcəkdir.

KADR SIXINTISI VAR

Sinqapur hökumətinin əmək qanunlarını sərtləşdirməsindən sonra, ölkədə digər sektorlarda olduğu kimi iaşə sektorunda da sıxıntı yaşanır. //marja.az

Qaynar.info