Xəbər lenti

Bu ruslar haqda ABŞ-a məlumat verənlər 10 milyon dollar alacaq
Dünya13:01 29.07.2022

Bu ruslar haqda ABŞ-a məlumat verənlər 10 milyon dollar alacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Dövlət Departamenti rusiyalı iş adamı, Rusiya Federasiyası prezidenti Valdimir Putinin "aşpazı” kimi qələmə verilən Yevgeni Priqojin və "trol fabriki” kimi tanınan İnternet araşdırmalar agentliyinin 12 əməkdaşı haqqında məlumat üçün 10 milyon dollara qədər mükafat elan edib.
Dövlət Departamentinin məlumatına görə, bu şəxslər 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə iştirak ediblər. "Onlar bilərəkdən və qəsdən ABŞ-da siyasi və seçki proseslərinə müdaxilə etmək üçün saxtakarlıq və fırıldaqçılıq yolu ilə dövlətin qanuni funksiyalarını pozmaq, əngəlləmək və məhv etməklə Birləşmiş Ştatlara zərər vermək üçün əlbir olublar”, - məlumatda bildirilir.
ABŞ hakimiyyət orqanlarının məlumatına görə, 2014-cü ildən İnternet araşdırmalar agentliyi amerikalılar arasında "nifaq toxumu səpmək” məqsədilə ABŞ-ın siyasi sisteminə müdaxilə əməliyyatları həyata keçirir.
Priqojini Dövlət Departamentində "trol fabriki”nin sponsoru adlandırırlar. Qərb rəsmiləri onun nəzarət etdiyi "Concord Management and Consulting” MMC və "Concord Catering” vasitəsilə maliyyə təmin etdiyini bildirirlər - bu təşkilatlar Agentliyə pul köçürür, kadrlar cəlb edir və bir çox prosesləri idarə edirdilər.
2018-ci ildə ABŞ hakimiyyəti Yevgeni Priqojini və "trol fabriki”ndən olan 12 nəfəri 2016-cı il prezident seçkilərinə müdaxilədə ittiham edib. Onlar axtarışa verilib, barələrində məlumat verənlərə mükafat vəd edilib. Buna cavab olaraq "Concord” şirkətinin mətbuat xidməti sahibkarın Sankt-Peterburqdakı ünvanını açıqlayıb və vəd edilən 250 min dollar mükafatı tələb edib.
2020-ci ildə ABŞ-da Priqojin və şirkətinə qarşı olan cinayət işi bağlanıb, İnterpol rusiyalını beynəlxalq axtarışdan çıxarıb.
Nizami Bağırov