Xəbər lenti

Bu seçkidə ABŞ-a dərs verməliyik - Ərdoğan
Dünya10:45 03.04.2023

Bu seçkidə ABŞ-a dərs verməliyik - Ərdoğan

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə mayın 14-də keçiriləcək prezident seçkilərində ABŞ-a dərs verməlidir. O, bu sözləri ABŞ-ın Türkiyədəki səfiri Cefri Fleykasla müxalifətin namizədi Kamal Kılıçdaroğlunun görüşünü şərh edərkən deyib.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin STAR nəşri yazır. 
"Biz bu seçkidə Amerikaya dərs verməliyik. Co Bayden oradan deyir ki, səfiri burada nə iş görür? Kamalı ziyarət edir. Ayıb olsun, başınızla düşünün. Siz səfirsiniz. Sizin buradakı həmsöhbətiniz prezidentdir”, - deyə Ərdoğan bildirib.
Xatırladaq ki, səfir Cefri Fleykasla Kamal Kılıçdaroğlu arasında görüş bir gün əvvəl baş tutub. Rəcəb Tayyib Ərdoğan onun ardınca diplomatın "yerini bilməsi” lazım olduğunu deyərək onunla görüş imkanını rədd edib. 
Türkiyədə prezident seçkiləri mayın 14-də keçiriləcək. Bu posta əsas namizədlər hazırkı prezident Rəcəb Tayyib Ərdoğan və müxalifətin vahid namizədi Kamal Kılıçdaroğludur. 
Nizami Bağırov