Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Rusiya prezidenti Vladimir Putinin İrana səfəri digər məsələlərlə yanaşı, Rusiya hərbi sənaye kompleksinin Ukraynada müharibəni davam etdirməklə bağlı yaşadığı çətinlikləri göstərir.
Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat
yayıb.
Kirbi ABŞ-ın Rusiya liderinin Tehran səfərini necə qiymətləndirdiyi sualına belə cavab verib: "Birincisi, bu, Putin və Rusiyanın təcrid dərəcəsini göstərir. İndi onlar kömək üçün İrana üz tutmağa məcburdurlar”.
Kirbi həmçinin qeyd edib ki, "sanksiyalar və ixrac nəzarətləri səbəbindən” Rusiya Federasiyasında "yüksək dəqiqlikli idarə olunan raketlər və müasir sistemlər, tanklar, hətta təyyarələr, xüsusən də mikroelektronika ilə bağlı problemlər” var.
Alpər