Xəbər lenti

Bu şəhərdə 148 nəfər isti hava səbəbindən öldü
Dünya06:15 23.08.2020

Bu şəhərdə 148 nəfər isti hava səbəbindən öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaponiyanın paytaxtı Tokioda günvurma səbəbindən ölənlərin sayı 148 nəfərə çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə NHK telekanalı Tokio şəhər qubernator administrasiyasına istinadən məlumat yayıb.
Administrasiyasının məlumatına görə, son həftə ərzində yüksək tempratur səbəbindən daha 17 nəfər həyatını itirib. Bununla da avqust ayı ərzində ölənlərin sayı 148-ə çatıb.
Son həftədə ölənlərin 80 faizinin yaşı 70-dən yuxarı olub. 17 nəfərdən 14-nün evinin havalandırma sistemi olmayıb. 
Qeyd edək ki, Tokioda iyulun sonlarından etibarən havanın tempraturu 32-37 dərəcə arasında dəyişir.