Xəbər lenti

Bu şəhərdə ağaclar rəqs edir
Dünya06:32 13.08.2013

Bu şəhərdə ağaclar rəqs edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynanın Çernobıl şəhərində yerləşən Atom Elektrik Stansiyasında 1986-cı ildə baş verən qəzadan 13 il sonra araşdırmalar aparan ABŞ-ın Cənubi Karolina Universitetinin professoru Tim Musso araşdırmaların nəticələrini açıqlayıb. 

Qaynar.info xəbər verir ki, hesabatın nəticələrinə görə, stansiyadakı qəzadan təkcə insanlar və heyvanlar deyil, həm də ciddi şəkildə radiasiyaya məruz qalan bitkilər də mutasiyaya uğrayıb. 

"Mutasiya davam edir. Xüsusilə şam ağaclarındakı gövdə deformasiyaları səbəbindən "rəqs edən meşələr" yaranıb. Normal vəziyyətdə dikinə böyüyən ağaclar radiasiya səbəbindən fərqli fiqurlar şəklində böyüyür. Ağacları kəsərkən apardığımız müşahidələrə görə, ilk bir neçə il ərzində bitkilərdəki böyümə yavaşlayıb. Sellüloza prosesi dəyişib. Normal halda ağ olan gövdə qırmızı rəngə çevrilib". 

Qaynar.info