Cenevrədə ictimai nəqliyyat müvəqqəti olaraq pulsuz olacaq ki, bu da İsveçrədə ilk hadisədir. Qərar şəhərdə çirklənmənin artmasına qarşı mübarizə tədbirləri çərçivəsində qəbul edilib.
Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, Cenevrədə ozonla çirklənmədə ciddi artım müşahidə olunur - Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu qaz tənəffüs problemləri, baş ağrıları və astma tutmaları yarada bilər.
Cenevrə kantonundan verilən açıqlamaya görə, şəhərin dumanla mübarizə sistemi ozon konsentrasiyalarının 24 saat ərzində hər kubmetr üçün 180 mikroqram ətraf mühitin sağlamlıq həddini keçdiyini göstərir.
Avqustun 12-də havanın temperaturu 37°C-yə çatıb və hökumət İsveçrənin qərbi və cənubu üçün istilik xəbərdarlığı edib. Cenevrə kantonunun ətraf mühitin mühafizəsi ofisindən bildiriblər ki, yüksək temperatur və aşağı bulud örtüyü ozon çirkləndiricilərinin yığılmasına gətirib çıxarır və onların yayılmasını ləngidir.
Buna cavab olaraq, avqustun 13-də kanton öz tarixində ilk dəfə olaraq sakinləri və qonaqları nəqliyyatdan gələn tullantıları azaltmaq üçün avtomobillərdən avtobuslara, tramvaylara, qatarlara və qayıqlara keçməyə təşviq etmək üçün pulsuz ictimai nəqliyyat tətbiq edib.
"Bu fövqəladə hal protokolu çərçivəsində qəbul edilən tədbirlər, xüsusən də ictimai nəqliyyatdan istifadənin təşviq edilməsi və ətraf mühiti daha çox çirkləndirən nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması yolu ilə azot oksidi emissiyalarının azaldılmasına yönəlib", deyə Ətraf Mühitin Mühafizəsi Agentliyi bildirib.
Aydın
Şərhlər