Xəbər lenti

Bu şəhərdə "zibil çayı" axır - FOTO
Dünya14:30 25.02.2016

Bu şəhərdə "zibil çayı" axır - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Tələblərimiz yerinə yetirilməyincə aksiya davam edəcək!", "Bu, sizin qorxulu yuxunuzdur!"

Livanın paytaxtı Beyrutda mərkəzi küçələrin divarlarında belə qraffitilər peyda olub.

Milli.Az CNN-ə istinadən bildirir ki, ölkənin Nazirlər Kabineti paytaxtda yığılıb qalmış 5 milyon ton zibilin Rusiya Federasiyasına daşınmasına 50 milyon dollar ayırmışdı. Bu zibil artıq 6 aydır ki, Beyrutdadır və həcmi sürətlə artır. 

50 milyon dollar ilk tranşdır. Ümumiyyətlə isə, Livan hökuməti zibilin Rusiyaya daşınmasına 1 milyard ödəmək niyyətində idi. Zibil Rusiyanın Krasnodar diyarında utilləşdirilməli idi. Fəqət, anlaşma hələ də yerinə yetirilmir.

Bu səbəbdən də Livan paytaxtının mərkəzi küçələrindən, sanki, "zibil çayı" axır.
Şəhərin şimal-şərqindəki Əl Cüdeydə səmtində və şərqdəki Bəabada zibil xüsusilə çoxdur.

Beyrutdan şimal-şərqdəki Monte-Verdedə isə ötən ilin avqustun 24-dən bəri zibil yığılıb qalıb.

Zibilin yığılıb qalmasının səbəbi isə Beyrutun kommunal xidmətinin əməkdaşlarının aylardan bəri davam edən etiraz tətilidir. Onlar maaşlarının artırılmasını tələb edirlər.

Qaynar.info