XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bu şəkər əvəzedicisi infarkt və insult riskini artırır (ARAŞDIRMA)
Sağlamlıq17:14 30.08.2026

Bu şəkər əvəzedicisi infarkt və insult riskini artırır (ARAŞDIRMA)

Şəkər əvəzedicisi olan ksilit saqqız, diş məcunu, yoqurt və dondurmaya tez-tez şirinləşdirici kimi əlavə edilir. Lakin araşdırmalar göstərir ki, ksilit orqanizm üçün düşünüldüyü qədər təhlükəsiz olmaya bilər.

Qaynarinfo xəbər verir ki, “The Guardian”ın yazdığına görə, bu günə qədər ksilitlə bağlı aparılmış ən geniş araşdırma qanda bu maddənin səviyyəsi yüksək olan insanlarda insult və ya infarkt ehtimalının daha yüksək olduğunu göstərib.

Tədqiqatçılar 17 710 nəfərin məlumatlarını təhlil edib və iştirakçıların qanında ksilit səviyyəsi ən yüksək olan 25 faizlik qrupla ən aşağı göstəriciyə malik 25 faizlik qrupu müqayisə ediblər.

Ksilit səviyyəsi ən yüksək olan insanlarda altı il ərzində ölüm, infarkt və ya insult ehtimalı ən aşağı səviyyəyə malik şəxslərlə müqayisədə 57 faiz daha yüksək olub. Hətta 30 il sonra insult və ya infarkt ehtimalı 18 faiz daha yüksək olaraq qalıb.

“Şirinləşdiricilər şəkərdən daha faydalı olduğunu düşünən insanlar tərəfindən istifadə edilir və tənzimləyici qurumlar da, bir qayda olaraq, onları təhlükəsiz hesab edir”, deyə tədqiqatın müəllifi, Berlindəki “Şarite” Universitet Klinikasının əməkdaşı Marko Vitkovski bildirib.

Onun sözlərinə görə, araşdırmanın nəticələri ksilitin ürək-damar sisteminə təsiri barədə hələ nə qədər az məlumatın olduğunu da göstərir. Alim əlavə edib ki, xüsusilə qida məhsullarında istifadə edilən ksilitin miqdarı davamlı olaraq artdığı üçün əlavə tədqiqatların aparılması zəruridir.

Aydın