Ekonomiks 10:40 25.01.2023

Bu şəxslərə 2023-cü ildə 3 dəfə əlavə maaş ödəniləcək

"Gözlənilir ki, il ərzində əlavə maaşlar 3 dəfə mükafat formasında bayram günlərində ödəniləcək”.
 
Qaynarinfo xəbər verir ki, bunu deputat Vüqar Bayramov "Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Nazirlər Kabinetinin Qərarında edilən dəyişiklikdən danışarkən deyib. Deputat bildirib ki, dəyişikliklərə əsasən, 2023-cü il yanvarın 1-dən etibarən dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb:
 

 
"Belə ki, ali kateqoriya dövlət orqanlarında aylıq əmək haqqı 400, 1-ci kateqoriya dövlət orqanlarında 385, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 365, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında isə 345 manat nəzərdə tutulub. Bununla yanaşı, həmin şəxslərə 2023-cü ildə 3 dəfə maaşları həcmində əlavə ödəniş ediləcək. Belə ki, bu qərarda qeyd olunan işçilərin mükafatlandırılması  məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur”. 

Bahar Rüstəmli