Dünyanın ən hündür zirvəsi olan Everestə təkbaşına dırmanmaq qadağan edilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Nepal yaz aylarında başlayacaq alpinizm mövsümündə baş verə biləcək qəzaların sayını azaltmaq üçün bu addımı atıb.
Nepal Turizm Nazirliyindən verilən açıqlamada yeni qaydalara görə həmçinin gözdən əlillərin də dağlara dırmanmalarına icazə verilməyəcəyi bildirilib.
Yeni qadağalar bəzi peşəkar alpinistlər və gözdən əlillər tərəfindən etirazla qarşılanıb.
Qeyd edək ki, 1920-ci ildən bəri 8848 metr hündürlükdə yerləşən Everestdə 200-dən çox insan həyatını itirib.