Xəbər lenti

Bu siqaret dünyanın ən saxtası seçildi
Dünya09:38 10.05.2016

Bu siqaret dünyanın ən saxtası seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

TSN  təşkilatının apardığı araşdırmalarının nəticəsi göstərir ki, dünyanın ən saxta siqaret Rusiya istehsalı olan "Prima" markasıdır. 

Qaynarinfo.az faktxəbər-ə istinadən bildirir ki, bu marka altında buraxılan  siqaretlərin 40%-i istehsal yeri məlum olmayan və  qeyri-leqal  sayılır.

Ümumiyyətlə, dünyada  saxta siqaretlərin istehsalı və nəqli getdikcə böyük miqyaslar alır.

Siqaretlərin çoxu Çinin zirzəmilərində istehsal olunur və dünyaya  nəql edilir. Bunun nəticəsində ölkələr ödənməyən vergi şəklində milyardlarla dollar itirir.

Bununla belə, bu, cinayətkarlar üçün təhlükəsi az olan biznesdir.

Son araşdırmalar göstərir ki, dünyada çəkilən hər 6 siqaretdən biri qaçaqmalçılıq yolu ilə gətirilib.

Qaynarinfo.az