Xəbər lenti

Bu şirkət "trilyonçular klubu"na daxil olmağa hazırlaşır - Kapitalı 993 milyarda çatdı
Dünya12:15 28.08.2024

Bu şirkət "trilyonçular klubu"na daxil olmağa hazırlaşır - Kapitalı 993 milyarda çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Uorren Baffetin "Berkshire Hathaway" investisiya şirkəti tarixi nailiyyətin astanasındadır. Onun bazar kapitallaşması 1 trilyon dollara çox yaxındır. 
Qaynarinfo xəbər verir ki, bunu "Yahoo.com" saytının kapitallaşma məlumatları sübut edir.
Çərşənbə axşamına olan məlumata görə, şirkətin dəyəri 2024-cü ilin əvvəlindən 218 milyard dollar artaraq 993 milyard dollar olub. "Berkshire Hathaway" səhmləri bu il güclü qazanc əldə edib, A sinfi səhmlər 27,4%, B sinfi səhmlər isə 29,2% artıb. Belə dinamika Baffetin şirkətinə texnologiya nəhəngləri ilə bir sırada dayanmağa imkan verib.
"MarketWatch" qeyd edir ki, "Berkshire Hathaway" dünyada kapitallaşması indiyə qədər trilyon həddə çatan doqquzuncu şirkət ola bilər. Əvvəllər bu mərhələyə "Möhtəşəm Yeddiliy"in bütün üzvləri - "Nvidia", "Microsoft", "Apple", "Amazon", "Meta", "Alphabet" və "Tesla", həmçinin Səudiyyə Ərəbistanının dövlət neft şirkəti "Saudi Aramco" daxil olub.
Bundan əvvəl məlum olmuşdu ki, Uorren Baffet 2024-cü ilin ikinci rübündə "Berkshire Hathaway"in "Apple"dakı payını 50% azaldıb. İnvestorun etibarını və digər iri şirkətlərin səhmlərinin son satışlarını nəzərə alaraq, bu, bazarda narahatlıq yarada bilər.
Aydın