Xəbər lenti

Bu şirkət yatan işçilərinə pul ödəyəcək
Dünya13:45 24.10.2018

Bu şirkət yatan işçilərinə pul ödəyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaponiyanın toy təşkilatı ilə məşğul olan "Crazy" şirkəti işçilərinə iş saatlarında yatmaq qarşılığında pul ödəyəcək.
Qaynarinfo xəbər verir ki, məbləğ 5 gün ərzində 6 saat yatanlara veriləcək. 5 gün üçün bir işçi 500, 6 gün üçün isə 600 bal qazanacaq. Ümumilikdə 6 saatdan çox yatanlar 1000 bal əldə edəcək. Hər bal 1 Yenə bərabərdir. Beləliklə, 1 işçi ay ərzində 5 min bal əldə edərək 5 min Yenə (təxminən 45 dollar) sahib çıxacaq. Balları şirkətin yeməkxanasında istifadə etmək mümkün olacaq. 
Qeyd edək ki, şirkət bu addımla işçilərinin kifayət qədər dincələ bilməsinə, sağlam həyat tərzinə nail olmağa çalışır. Yaponiyada insanların kifayət qədər yatmaması, uzun saatlar işləməsi adi haldır. Uzun müddətli iş saatlarına görə dəfələrlə ölüm hadisəsi baş verib.
Gülşən