Xəbər lenti

Bu sumqayıtlı qızı bütün Azərbaycan axtarır - FOTO
Ölkə06:26 12.05.2015

Bu sumqayıtlı qızı bütün Azərbaycan axtarır - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mayın 6-da Sumqayıt şəhərində 9-cu sinif şagirdi olan 06.12.1999-cu il təvəllüdlü Abdullayeva Jalə Fərəc qızı məktəbə getmək adıyla evdən çıxıb və bir daha geri qayıtmayıb. Araşdırma zamanı məlum olub ki, qız qaçırılıb. Və onun tapılması istiqamətində tədbirlər həyata keçirilir. 
Hazırda Azərbaycanın bölgələrindəki polis idarələrinə məlumat göndərilib, post patrul xidməti vasitəsilə əməliyyat qrupu yaradılıb. 
Hadisənin yeni təfərrüatları da məlum olub. Belə ki, qızı qaçıran şəxs Sumqayt şəhəri, Xəzər bağlarında qeydiyyatdadır. Aidiyyatı qurumlar oğlanın valideynindən izahat alıblar. Lakin valideynlər övladlarından imtina etdiklərini və onun tüfeyli həyat tərzi keçirdiyini deyiblər. Onun qızı hara qaçırıb aparması haqqında isə məlumatsız olduqlarını bildiriblər. 
Xeberle.com qaçırılan qızın fotosunu əldə edib. Bu şəxsi görənlərdən aidiyyatı üzrə polis bölməsinə və ya Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə müraciət etmələri xahiş olunur.
Qaynar.info