Xəbər lenti

Bu tayfa ölülərini yeyir - FOTOLAR
Dünya17:39 28.03.2015

Bu tayfa ölülərini yeyir - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hindistanın Varanasi şəhərində yaşayan Aqori tayfasının qəribə adəti var. Anspress-in məlumatına görə, Aqorilər ölülərini yeyirlər.
Aqorilər insanın ən böyük qorxusunun ölüm olduğuna inanırlar və bunu özünüinkişafa maneə hesab edirlər. Ona görə də ölümlə üzləşməyin yolunu ölüləri yeməkdə görürlər.
Varanasidə yaşayan aqorilər inanclarına uyğun olaraq ölülərin külləri ilə bədənlərini boyayırlar.
Bu mədəniyyətə görə din adamları, uşaqlar, evlənməmiş və ya hamilə qadınlar yandırılmırlar, onlar öləndən sonra çaya atılırlar, aqorilər də onları çaydan götürüb yeyirlər.
Aqorilər ölü yandırılan yerdə yaşaya, ölən insanın paltarlarını geyinə bilərlər. Meditasiya məqsədi ilə yandırılmış cəsədin küllərini bədənlərinə sürtürlər. Çayla gələn ölü bədənləri çiy-çiy yeyirlər.
Aqori tayfası barədə fotoqraf Kristiano Ostinellinin fotolarını təqdim edirik



































Qaynar.info