Almaniyada 100 nəfərin ölümündə ittiham edilən 41 yaşlı tibb bacısı Niels Hoegelin məhkəmə prosesi start götürüb.
Qaynarinfo xəbər verir ki, xəstələrə yüksək dozada dərmanlar verərək çox sayda ölümə səbəb olmaqda günahlandırılan Nielsin istintaq prosesi üçün meyitlər məzarlardan çıxarılıb və analizlər aparılacaq. Prosesin gələn ilin may ayına qədər davam etməsi gözlənilir. Hoegel 1999-2005-ci illərdə Oldenburqda 36, Delmenhorsta isə 64 xəstəni öldürüb. Əgər tibb bacısına qarşı irəli sürülən ittihamlar sübut edilsə, o, II Dünya Müharibəsindən sonra ən çox insan öldürən seriyalı qatil statusunu qazanacaq.
Qeyd edək ki, Hoegel Delmenhorstda xəstəyə reseptdə yazılmayan dərman inyeksiya edən zaman tutulmuş, 2008-ci ildə adam öldürməyə cəhd ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Daha sonra onunla bağlı başqa faktlar da üzə çıxdı və ittihamların sayı artdı.
Gülşən