Xəbər lenti

Bu uşaq "Viaqra" ilə yaşayır - FOTO
Dünya05:26 06.08.2013

Bu uşaq "Viaqra" ilə yaşayır - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngiltərədə yaşayan 5 aylıq Reuben Pakston adlı körpə gündə 4 dəfə “Viaqra” qəbul edir.

Anspress-in xarici mətbuata istinadən verdiyi məlumata görə, dünyaya gələndə həkimlərin yaşamaq üçün 50% şansı olduğunu söylədikləri uşaq “Viaqra” ilə həyatda qalıb. 

O, dünyaya gələndə mədəsi, bağırsaqları və qaraciyərinin bir qismi sinə qəfəsində yerləşib, Həmçinin ağciyərlərinin də normal inkişaf etmədiyi məlum olub. Həkimlər 7 saat davam edən əməliyyatla daxili orqanları normal yerlərinə yerləşdirilən uşağın ağciyərlərinin inkişafı və qan dövranının yaxşılaşması üçün “Viaqra”dan istifadə etməsinə qərar veriblər. 

Körpənin anası ona “Viaqra”nı necə içirdiklərindən danışıb:

“Ona bunların balaca şokoladlar olduğunu deyirik. Ondan sonra içir”. 

Qaynar.info