Xəbər lenti

Bu video sosial şəbəkələrdə sensasiyaya çevrildi - VİDEO
Dünya09:54 04.06.2016

Bu video sosial şəbəkələrdə sensasiyaya çevrildi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Norveçli Simen Huqhom indi ölkəsinin ən məşhur şəxslərindən biridir. Səbəb isə onun çəkdiyi videodur.

Simen atası Frenk ilə birlikdə "Norveç dünyanın ən gözəl təbiətinə malikdir" adlı video çəkib. Norveçdəki Kyeraq dağ massivində (Kyeraqbolten) dron vasitəsilə çəkilmiş bu qısa videonu Simen Facebook-dakı "Sirdal i bilder" səhifəsində paylaşandan sonra bu görüntülər sensasiya effekti yaradıb.

Çox qısa müddətdə videoya 1,3 milyon nəfər baxıb.

"Videonu atamla birlikdə çəkdim. Musiqini də atam bəstələdi. Üstəlik, dağların möhtəşəmliyini, fyordların dərinliyini daha effektiv, anlaşılan tərzdə vizuallaşdırmaq üçün atamdan "müqayisə modeli" qismində yararlandım. Videonun qısa zamanda populyarlaşacağını gözləmirdim. Səhər liseyə gedəndə artıq hamı bu videoya baxırdı. İki gündə videoya 100-dən artıq ölkədə baxıldı", - Sirdal şəhərində yaşayan Simen deyib.

Simenin sözlərinə görə, çəkilişlər zamanı ən çətin anları 1000 metr dərinliyi olan Laysfyordda qayanın kənarında atasını addımlamağa "vadar etmək" idi.(milli.az)

Qaynarinfo.az