Xəbər lenti

Bu vulkanlar hər an püskürə bilər: 200 mindən çox insanın həyatı təhlükədədir
Dünya12:00 28.02.2019

Bu vulkanlar hər an püskürə bilər: 200 mindən çox insanın həyatı təhlükədədir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Geoloqlar Kaliforniyada 7 aktiv vulkan tapıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzi rəsmi saytında məlumat yayıb. Məlumatda qeyd olunur ki, vulkanlardan bəziləri 200 mindən çox insanın yaşadığı və ya günlük iş üçün gəlib-getdiyi bölgə üçün olduqca təhlükəli xarakter daşıyır.
Qeyd edək ki, ötən ilin oktyabrında qurum püskürəcəyi təqdirdə böyük fəlakətlərə səbəb ola biləcək 18 vulkanın qeyd olunduğu bir siyahı yayımlamışdı. Siyahıya əsasən bu vulkanlardan 5-i Alyaskada, 4-ü Vaşinqtonda, 4-ü Oreqonda, 3-ü Kaliforniyada, 2-si isə Havaydadır.
Ümumilikdə isə siyahıda 161 vulkan qeyd olunub. Ən  təhlükəli vulkanlardan başqa 39-u təhlükəli, 49-u orta, 34-ü zəif, 21-i isə daha zəif vulkanlar
qrupuna aiddir.