Xəbər lenti

Bu xanımlar Azərbaycanın ən gözəl qadını olmaq istəyirlər - FOTOLAR
Maqazin07:04 13.12.2016

Bu xanımlar Azərbaycanın ən gözəl qadını olmaq istəyirlər - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda "Beauty Queen of Azerbaijan” ("Azərbaycanın Gözəllik Kraliçası”) yarışması keçirilir. 

BAKU.WS xəbər verir ki, yarışmanın münsif heyətində Azərbaycanın tanınmış modelyer-dizaynerləri Afaq Ismayilzadə, Fəxriyyə Xələfova, Gulnarə Xəlilova, stilist-Nəsir Babayev, Fuad Hacıyev, əməkdar artist-Tünzalə Ağayeva, aktyor-aparıcı Şəhriyar Əbilovr, rəqqasə -aktrisa Oksana Rəsulova iştirak ediblər.

Qatılmış xanımlar arasından cəmi 24 xanım seçiləcək. Seçilmiş 24 xanımdan 12-si yarı final mərhələsində iştirak edəcək. Azərbaycanda ilk dəfə olaraq keçiriləcək tam fərqli gözəllik yarışmasının yarım-final və final mərhələsində Türkiyənin tanınmış modelyerlərinin Tolqa Cam və Serdar Uzuntaş, eləcə də türk estradasının pop ulduzları - Petek Dinçöz, Merve Özbey, Sinan Akçıl və digərlərinin iştirakı gözlənilir. 

"Azərbaycanın Gözəllik kraliçası” yarışmasında 1-ci yerin sahibi qızıl tac və pul mükafatı, 2-ci və 3-cü yerin sahibləri pul mükafatına layiq görüləcək. 

Bununla yanaşı, Türkiyənin tanınmış model şirkəti ilə müqaviləyə də imza atacaqlar.

Qaynarifo.Az