Xəbər lenti

Bu yay pedikür üçün 4 dəbli rəng çaları: Bahalı görünür, gənc göstərir (FOTO)
Dünya 08:15 24.06.2026

Bu yay pedikür üçün 4 dəbli rəng çaları: Bahalı görünür, gənc göstərir (FOTO)

Stilistlər bu il yay pedikürü üçün dörd əsas rəng çalarını önə çıxarırlar. 

Qaynarinfo xəbər verir ki, bu çalarlar hər qadına uyğun gəlir və eyni zamanda həm zərif, həm müasir, həm də "bahalı” görüntü yaradır.

Tünd rənglər



Bəli, ənənəvi olaraq payız mövsümündə tünd rənglər pedikür üçün daha çox seçilir. Lakin bu il tendensiya dəyişib: albalı, tünd qırmızı, qırmızı ağac, qaragilə, şokolad və hətta qara rənglər yay mövsümündə də populyarlıq qazanıb. Xüsusilə qaralmış dəri üzərində bu rənglər daha baxımlı və zərif görünür.

Pastel çalarlar



Yay pedikürü üçün pastel və neytral tonlar həmişə aktualdır. Bu palitra olduqca genişdir: səma mavisi, açıq yaşıl, lavanda və yumşaq çəhrayı kimi rənglər seçilir. 2026 yayının əsas xüsusiyyəti isə yarı şəffaf, bir qədər "bulanıq” teksturalardır.

Mikro fransız



Fransız pedikürü klassik seçim olaraq qalır. Bu il əsas vurğu nazik ağ xəttə edilir. O, dırnaq ucu boyunca incə şəkildə çəkilir və nəticədə daha səliqəli və zərif görünüş əldə edilir. Bu dizayn xüsusilə kiçik dırnaqları olanlar üçün uyğundur.

Perl effekt



Sədəf kimi parlayan, gün işığında parıltı verən pedikür də 2026 yayının trendi sayılır. Rənglər südü çalardan çəhrayıya qədər dəyişə bilər, lakin daha çox çəhrayı baza tövsiyə olunur. Perl effektli "vtiorka” düzgün tətbiq edilmədikdə dırnaq səthindəki qüsurları daha çox göstərə bilər, buna görə də hamar baza vacibdir.

Aydın
--> -->