Xəbər lenti

Bu yay üçün 5 əsas şalvar trendi: Hansıları almağa dəyər?
Dünya 08:15 23.06.2026

Bu yay üçün 5 əsas şalvar trendi: Hansıları almağa dəyər?

Stilistlər bu mövsüm hansı şalvarların dəbdə olduğunu açıqlayıblar. 

Qaynarinfo xəbər verir ki, modellərin əksəriyyəti gündəlik qarderoba asanlıqla uyğunlaşdırılır, müxtəlif bədən tiplərinə yaraşır və qarın bölgəsini vizual olaraq gizlətməyə kömək edir.

Qısa



Əvvəlki illərdə uzun şalvarlar üstünlük təşkil edirdisə, indi qısa modellər yenidən dəbin zirvəsinə çıxıb. Burada kapri nəzərdə tutulmur – əsas trend topuq səviyyəsində və ya bir qədər yuxarı bitən modellərdir. Fason fərqli ola bilər: dar, gen və ya kloş. Əsas şərt ayaqqabını önə çıxarması və bədən üzərində düzgün oturmasıdır.

Kapri



Əgər daha qısa şalvar modellərinə üstünlük verirsinizsə, kapri trendi 2026-da da davam edir. "Ralph Lauren” və "Versace” kimi moda evləri bu modeli kolleksiyalarında aktiv şəkildə istifadə edir. Kaprini mulyə və ya dabanlı ayaqqabılarla elegant, baletkalarla isə gündəlik üslubda geyinmək mümkündür.

Geniş modellər



Bir neçə il əvvəl populyar olan bu geniş və rahat model yenidən dəbə qayıdıb. Yüngül parçalar sayəsində isti havada da komfortlu və stil görünüş yaradır. Bu modeldə balans vacibdir: şalvar diqqətçəkici olduğundan üst geyim sadə olmalıdır – ağ, qara və ya boz rəngdə köynək və ya mayka ideal seçimdir.

İpək və ya atlas şalvarlar



Qarın nahiyəsini vizual gizlədən və daha zərif görünüş yaradan modellər məhz ipək və atlas şalvarlardır. Onları həm gündəlik, həm də ofis stilində geyinmək mümkündür. Ən yaxşı kombinasiya təbii materiallardan – pambıq və ya kətandan olan üst geyimlərlə alınır. Rənglər arasında qəhvəyi, bej, qara və südlü tonlar daha uyğundur.

Skinni



2026-cı ilin əsas trendi kimi skinni şalvarlar yenidən yay mövsümünə qayıdır. Düzgün kombinləndikdə bu model bədən proporsiyalarını daha incə göstərə bilir. Oversize köynəklər və ya köynəklərlə birlikdə istifadə edildikdə xüsusilə balanslı görünüş yaradır. Ayaqqabı seçimində isə sandaletdən platforma və dabanlı modellərə qədər geniş imkan var.

Aydın
--> -->