
Nəsli 400 il əvvəl tükənən fil quşuna aid 30 santimetrlik yumurta Londonda keçirilən auksionda rekord qiymətə satılıb.
Qaynar.info-nun məlumatına görə, "Christie" auksion evi nəhəng yumurtanın auksiona telefonla qatılan bir şəxs tərəfindən 102 min dollara alındığını bildirib.
Nəsli kəsilən fil quşlarının boyu təxminən 3-4 metrə çatırdı. Uça bilməyən, meyvələrlə qidalanan bu quşların nəsli XVII əsrdə kəsilib.
Qaynar.info