"Buça və İrpində vəhşiliklər törədən bir çox rus qatilləri artıq müəyyən edilərək tapılıb".
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini - rəqəmsal transformasiya naziri Mixail Fedorov
bildirib.
Onun sözlərinə görə, üzün tanınması texnologiyaları və süni intellekt rus işğalçılarını tapıb fərdiləşdirməyə imkan verir:
"Əslində, Buça və İrpendə dinc əhaliyə qarşı terror törədən bir çox qatillər artıq tapılıb. Qısa müddətdə biz onlar haqqında bütün məlumatları müəyyən edəcəyik: onların sosial şəbəkələrdəki profilləri, harada və kiminlə xidmət etdikləri və yaşadıqları barədə informasiyalar təqdim olunacaq. Bu gün texnologiya bizə ən azı bir dəfə obyektivə tuş gələn hər kəsi tapmağa imkan verir. Və onların internetdə necə foto yerləşdirməyi xoşladığını, şəhərlərdə və evlərdə kameraların sayını nəzərə alsaq, biz bu məsələni çox tez həll edəcəyik”.
Nazir əlavə edib ki, üzün tanınması texnologiyası rus işğalçıları haqqında məlumatları tez tapmağa imkan verir.
Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyi rus işğalçılarını tanımaq, dezinformasiyaya qarşı mübarizə aparmaq və ölənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün Clearview AI üz tanıma texnologiyasından istifadə etməyə başlayıb. "Clearview AI" şirkətlərə, hüquq-mühafizə orqanlarına, universitetlərə və fiziki şəxslərə proqram təmin edən Amerika üz tanıma şirkətidir. "Clearview AI" bazasında Rusiyanın "VKontakte" sosial şəbəkəsindən 12 milyarddan çox şəkil var.
Aydın