Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov bildirib ki, nə Ukrayna, nə də genişmiqyaslı müharibəyə başlayan Rusiya hücum hərəkətləri edə bilir.
Qaynarinfo xəbər verir ki, o bu barədə cümə günü, yanvarın 12-də dərc olunan Le Mond-a müsahibəsində
bildirib.
Budanovun sözlərinə görə, bu vəziyyət həm Rusiya, həm də Ukraynanın pilotsuz uçuş aparatlarından intensiv istifadəsi nəticəsində yaranıb. O, hücumun qeyri-mümkünlüyünün digər amili kimi mina sahələrinin sıxlığını göstərib.
"Biz dronların həllini bilirik - elektron əks tədbirlər. Minalar xüsusi avadanlıq tələb edir. Bu, bizi istehsal gücü məsələsinə qaytarır. Həll olunmayan heç nə yoxdur, amma hər şeyi nəzərə almaq lazımdır”, - Baş Kəşfiyyat İdarəsinin rəisi bildirib.
Nizami Bağırov