Xəbər lenti

Budanov Rusiyada ikinci dəfə "həbs edildi"
Dünya11:23 25.12.2023

Budanov Rusiyada ikinci dəfə "həbs edildi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bazar ertəsi, dekabrın 25-də Moskva şəhəri Basmannı rayon məhkəməsi Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovu "terror aktlarının təşkilində” ittiham edərək qiyabi həbs edib.
Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə Basmannı rayon məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Moskvanın Basmannı rayon məhkəməsinin qərarı ilə Budanov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Budanov "104 cinayət törətməkdə” ittiham olunur.
Xatırladaq ki, bu, Budanovun Rusiya Federasiyasında ikinci həbsidir. 2023-cü ilin aprelində o, Krım körpüsündə baş vermiş partlayışla bağlı Lefortovo məhkəməsi tərəfindən qiyabi həbs edilib. 
Nizami Bağırov