Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov hesab edir ki, Ukrayna qrafikdən çıxıb.
Qaynarinfo xəbər verir ki, Budanov bu barədə "Ukrayinska Pravda”ya
müsahibəsində deyib.
Budanovdan müharibənin bu il başa çatma şansı ilə bağlı fikrinə münasibət soruşulub:
"Obyektiv və subyektiv səbəblər var - hər şey mürəkkəbdir. Amma təəssüf ki, bunun izahatlarının çoxu dövlət sirridir və bu, sadəcə olaraq, ictimai müzakirə üçün deyil. Zamanla bütün bunlar aydınlaşacaq", - o cavab verib.
Budanov Ukraynanın qrafikdən "kənar” olduğunu söyləyib, lakin bunun nə demək olduğunu izah etməyib:
"Biz qrafikdən çıxmışıq. Geri qalmırıq, amma çıxmışıq. Bu, tamam başqa yozumdur...
Heç də hər şey səhv getməyib. Bütün bunlara aydınlıq gətirmədən, izahat vermədən deyirəm: biz qrafikdən çıxmışıq - qoy hər kəs öz nəticəsini çıxarsın”.
Alpər