Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun həyat yoldaşı Marianna Budanova ilə yanaşı, İdarənin bir neçə əməkdaşı da zəhərlənib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Ukrainska Pravda” nəşri mənbələrə istinadən yazıb.
Qeyd olunub ki, zəhərlənmənin simptomları Marianna Budanovada daha tez ortaya çıxıb.
Ehtimal olunur ki, Budanova və idarə əməkdaşları ağır metallarla qida qəbulu zamanı zəhərləniblər.
13.24
Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun həyat yoldaşı Marianna ağır metallarla zəhərlənib. O, hazırda xəstəxanadadır.
Qaynarinfo xəbər verir ki, bu barədə NV-yə Baş Kəşfiyyat İdarəsindəki mənbələr məlumat
verib.
Qadına ağır metallarla zəhərlənmə diaqnozu qoyulub. Mənbənin sözlərinə görə, zəhərlənmə vaxtında aşkar olunduğundan ağır nəticələrin qarşısı alınıb.
NV-nin mənbəsi Mariannanın vəziyyətinin normal olduğunu bildirib. Müalicədən sonra o, həkimlərin nəzarətində olmalı və mütəmadi müayinələrdən keçməlidir.
Üstəlik, həkimlərin fikrincə, Marianna heç olmasa bir həftə sonra həkimə müraciət etsəydi, nəticələr daha pis olardı.
Budanovun həyat yoldaşının zəhərlənməsi ilə bağlı araşdırma davam edir. Lakin kəşfiyyat rəsmiləri bununla bağlı təfərrüat verə bilməyiblər.
Nizami Bağırov