Çempionlar Liqasının və Avropa Liqasının qalibləri UEFA Super kuboku uğrunda mübarizə aparacaq.
Qaynarinfo xəbər verir ki, çərşənbə günü, avqustun 16-da Yunanıstanın Pirey şəhərində UEFA Superkuboku uğrunda görüş keçiriləcək. "Mançester Siti” (İngiltərə) və "Sevilya” (İspaniya) üz-üzə gəlir.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bukmeker kontorlarında finalın aşkar favoriti İngiltərə klubudur. Əsas vaxt üçün əmsallar: "Mançester Siti”nin qələbəsi – 1,36, heç-heçə – 5, "Sevilya”nın qələbəsi – 8. UEFA Superkubokunu qazanma əmsalı 4,65-nin 1,21-ə qarşı.
Qarşılaşmada ən çox gözlənilən hesab 2:0 Mançester klubunun xeyrinədir.
Xatırladaq ki, "Mançester Siti" UEFA Superkuboku uğrunda oyunda ilk dəfədir iştirak edir, "Sevilya" isə artıq altı dəfə (bütün hallarda UEFA Kubokunun/Avropa Liqasının qalibi kimi) bu oyunda iştirak edib. 2006-cı ildə UEFA Superkuboku uğrunda ilk oyununda "Sevilya" "Barselona"nı 3:0 hesabı ilə məğlub etsə də, sonra ardıcıl beş məğlubiyyətlə üzləşib.
Nizami Bağırov